Naxçıvanda fərdi evdə yanğın olub, ölən var
sizinxeber.az xəbər saytı

Naxçıvanda fərdi evdə yanğın olub, ölən var


Naxçıvan şəhərində fərdi yaşayış evində yanğın olub, yanğın zamanı ev sahibi ölüb.

"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Naxçıvan Şəhər Sabir küçəsində fərdi yaşayış evində yanğın hadisəsin baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə hissəsinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.

Yanğın hadisə nəticəsində 1 mərtəbəli, 1 otaqlı, 28 m² ümumi sahəsi olan fərdi yaşayış evində 4 m² hissəsində yataq dəsti yanıb, 24 m² hissəsi içərisindəki əşyalarla birlikdə yanğından mühafizə olunub.

Yanğın zamanı ev sahibi 1969-cu il təvəllüdlü Hüseynov Vəli Şuqeyib oğlu həyatını itirib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Şərurda fərdi yaşayış evi yanıb
Qazaxda üçotaqlı evdə yanğın olub
Masallıda evdə yanğın olub
Qazaxda 2 mərtəbəli evdə yanğın olub - VİDEO
Bakının Nizami rayonunda yaşayış evində yanğın olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər