Konstitusiya Məhkəməsinin hakimi Rafael Qvaladze təqaüdə göndərilib - EKSKLÜZİV
Konstitusiya Məhkəməsinin hakimi Rafael Qvaladze təqaüdə yola salınıb.
"Report"un əldə etdiyi məlumata görə, təqaüdə yola salınmasına səbəb Rafael Qvaladzenin son yaş həddinə çatması ilə bağlıdır.
Xatırladaq ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Rafael Qvaladzeni “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.
Qeyd edək ki, R.Qvaladze 1948-ci il yanvarın 1-də Gürcüstanın Laqodexi şəhərində anadan olub. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırda Bakı Dövlət Universiteti - red) hüquq fakültəsini bitirib. Həmin il Ali Məhkəmədə əmək fəaliyyətinə başlayıb, 1998-ci ilədək baş məsləhətçi, şöbə rəisi, hakim işləyib, eyni zamanda prokurorluq və ədliyyə orqanlarında müxtəlif vəzifələrdə çalışıb.
O, 1998-ci il iyulun 14-də Konstitusiya Məhkəməsinin hakimi təyin olunub.
Xatırladaq ki, Milli Məclisin aprelin 11-nə təyin olunan iclasının gündəliyinə keçmiş hərbi prokuror Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinə hakim təyin edilməsi ilə bağlı məsələ daxil edilib.
Oxşar xəbərlər
Rafael Qvaladze “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Rafael Qvaladze 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Xanlar Vəliyev sabah Konstitusiya Məhkəməsinin hakimi təyin ediləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
WSJ: Tramp müdafiə şirkətləri ilə raket və sursat istehsalının sürətləndirilməsini müzakirə edəcək
