Biləsuvarda qanlı hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Biləsuvarda qanlı hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB


Biləsuvarda qanlı hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Sizinxeber.az-nın cənub bürosunun sorğusuna cavab olaraq bildirilib ki, əməli törətməkdə şübhəli bilinən 45 yaşlı Əkrəm Babayev polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

***

22:39

Biləsuvarda bıçaqlanma hadisəsi baş verib.

Sizinxeber.az-nın cənub bürosunun verdiyi xəbərə görə Biləsuvar rayonunda yerləşən ticarət mərkəzində baş verən insident nəticəsində bir nəfər bıçaqlanıb. Hadisə 2003-cü il təvəllüdlü, rayon sakini Samir Ruslan oğlu Abbaszadə ilə ticarətçi Babayev İkram Cavanşir oğlu Babayev arasında yaranmış mübahisə zəminində baş verib.

Mübahisə zamanı Babayev İkram, Samir Abbaszadəyə bıçaqla xəsarət yetirib. Yaralı dərhal Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Biləsuvarda ticarət mərkəzində mübahisə yaranıb, bir nəfər bıçaqlanıb
Biləsuvarda qisas zəminində bıçaqlanma olub
Biləsuvarda ticarət mərkəzlərindən birində bıçaqlanma olub
Lənkəranda 24 yaşlı gənci bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
Lənkəranda 24 yaşlı gənci bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB-1

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle