Biləsuvarda qisas zəminində bıçaqlanma olub
Biləsuvarda qisas zəminində bıçaqlanma olub.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Aranlı kəndində baş verib.
Kəndin sərnişindaşıma mikroaftobusunda Çinarlı kənd sakini 2001-ci təvəllüdlü Orxan Abdullazadə həmkəndlisi 2006-cı il təvəllüdlü Vadər Həmidlini bıçaqlayıb.
Zərərçəkən Vadərin anasının sözlərinə görə, Orxan qardaşı ilə oğlunu izləyərək hadisəni törədib.
Qeyd edək ki, hadisəni törədən və zərərçəkən yaxın qohumdur. V.Həmidlinin atası 1975-cil il təvəllüdlü Cavid Həmidov 2023-ci ildə bacısının həyat yoldaşı 1972-ci il təvəllüdlü Əsgər Abdullayevi güllələyərək qətlə yetirib.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosunun sorğusuna cavab olaraq bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən Orxan Abdullazadə polis əməkdaşları tərəfindən saxlanılıb.
Belə ki, yanvarın 25-də saat 11 radələrində V.Həmidliyə xəsarət yetirməkdə şübhəli bilinən 2001-ci il təvəllüdlü Orxan Abdullazadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Biləsuvarda 19 yaşlı gənc mikroavtobusda bıçaqlanıb
İmişli sakini həmkəndlisini söyüş üstündə qətlə yetirib
Ucar sakini qardaşı oğlunu bıçaqlayıb
Göygöldə qardaş qardaşı bıçaqlayıb
Göygöldə qonşusunu bıçaqlamaqda şübhəli bilinən 18 yaşlı gənc tutulub - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













