Radiasiya təhlükəsizliyinə dair maarifləndirmə tədbiri keçirilib
sizinxeber.az xəbər saytı

Radiasiya təhlükəsizliyinə dair maarifləndirmə tədbiri keçirilib



Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi və Sumqayıt Regional Mərkəzi tərəfindən “Nüvə və radioloji fəaliyyətin tənzimlənməsi, bu sahədə təhlükəsizliyin təmin edilməsi, insan sağlamlığının qorunması və ətraf mühitin mühafizəsi” mövzusunda birgə tədbir keçirilib.

Bu barədə APA-ya FHN-dən xəbər verilib.

Bildirilib ki, tədbirdə Sumqayıt Şəhər və Abşeron Rayon İcra hakimiyyətlərinin, Regional Mərkəzin əhatə etdiyi rayonların kommunal sahələr üzrə nümayəndələri və FHN-nin yerli qurumlarının əməkdaşları iştirak edib.

Tədbirdə çıxış edən Agentliyin rəis müavini Xəzər Əmiraslanov və Sumqayıt Regional Mərkəzinin rəis müavini polkovnik-leytenant Rafiq Həsənov radiasiya təhlükəsizliyi sahəsində görülən işlər barədə ətraflı məlumat verərək, tədbirin əhəmiyyətindən danışıblar.

Ümumilikdə 40 nəfərdən artıq nümayəndənin iştirak etdiyi tədbirdə nüvə və radioloji fəaliyyət, nəzarət mexanizmləri, sahibsiz radioaktiv mənbələr və onların aşkar edilmısi zamanı zəruri davranış qaydaları, nüvə və radioloji qəza halları və bu zaman idarəetmə məsələləri geniş müzakirə olunub.

Tədbir zamanı Agentliyin Nüvə və radiasiya təhlükəsizliyinin ekspertizası şöbəsinin müdiri Mətanət Qəhrəmanova, Nüvə və radioloji fəaliyyətə nəzarət şöbəsinin müdiri İlham Sadıqov, Nüvə və radiasiya qəzaları şəraitində idarəetmə sektorunun müdiri Baba Babayev müvafiq mövzular üzrə təqdimatlar ediblər. Təbdirin gedişatında Agentlik tərəfindən hazırlanmış radiasiya qəzalarına aid videoçarx nümayiş olunub.

Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Oxşar xəbərlər

Tibb müəssisələri üçün radiasiya təhlükəsizliyinə dair tədbir keçirilib
Tibb müəssisələrinin əməkdaşları radiasiya təhlükəsizliyi sahəsində maarifləndirilib - FOTO
FHN BP şirkəti üçün nüvə və radiasiya təhlükəsizliyi mövzusunda təlim keçirib - FOTO
COP29-da “Radiasiya və iqlim dəyişikliyi: yeni çağırışlar” mövzusunda tədbir keçirilib - FOTO
Dövlət Agentliyinin rəisi AEBA-nın tədbirində iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər