COP29-da “Radiasiya və iqlim dəyişikliyi: yeni çağırışlar” mövzusunda tədbir keçirilib - FOTO
sizinxeber.az xəbər saytı

COP29-da “Radiasiya və iqlim dəyişikliyi: yeni çağırışlar” mövzusunda tədbir keçirilib - FOTO


Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində noyabrın 18-də Azərbaycan Pavilyonunda Fövqəladə Hallar Nazirliyi Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin moderatorluğu ilə “Radiasiya və iqlim dəyişikliyi: yeni çağırışlar” mövzusunda tədbir keçirilib.

Sizinxeber.az xəbər verir ki, tədbirdə Fövqəladə Hallar, Rəqəmsal İnkişaf və Nəqliyyat, Kənd Təsərrüfatı, Energetika, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Dövlət Su Ehtiyatları Agentliyi və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nümayəndələri iştirak edib.

Fövqəladə Hallar Nazirliyi Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi Nicat Əliyev ölkəmizdə nüvə və radioloji fəaliyyətin təhlükəsizliyinin təmin edilməsi, bu sahədə infrastrukturunun gücləndirilməsi, fövqəladə hallara hazırlıq, radioaktiv tullantıların təhlükəsiz idarə edilməsi, ətraf mühitin radioloji monitorinqi və qorunması istiqamətində görülən işlərdən danışıb.

AEBA-nın bölmə müdiri Vey Huanq, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nüvə tədqiqatları departamentinin müdiri Cəlal Nağıyev, Kənd Təsərrüfatı Nazirliyi Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Seymur Səfərli mövzunun əhəmiyyətini qeyd edərək, iqlim dəyişikliyi ilə əlaqədar nüvə və radioloji fəaliyyət sahəsində qarşıda duran məsələlər barədə iştirakçılara məlumat veriblər.

Sonda mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, habelə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Oxşar xəbərlər

Dövlət Agentliyinin rəisi AEBA-nın tədbirində iştirak edib
Kəmaləddin Heydərov AEBA-nın baş direktorunun müavini ilə görüşüb
Tibb müəssisələrinin əməkdaşları radiasiya təhlükəsizliyi sahəsində maarifləndirilib - FOTO
FHN BP şirkəti üçün nüvə və radiasiya təhlükəsizliyi mövzusunda təlim keçirib - FOTO
FHN gücləndirilmiş iş rejiminə keçib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər