Zaqatalada yol qəzasından ölən şəxsin kimliyi məlum olub - YENİLƏNİB
Zaqatalada baş verən yol qəzasında ölən və yaralanan şəxsin kimliyi məlum olub.
Sizinxeber.az-nın Şimal-qərb bürosunun məlumatına görə, qəza zamanı ölən motosikletin sürücüsü 1961-ci il təvəllüdlü rayonun Muxax kənd sakini İsmayıl Məhəmməd oğlu Əminovdur.
Qəza zamanı xəsarət alan 1980-cı il təvəllüdlü rayonun Muxax kənd sakini Mənsur Saiddin oğlu Nurməmmədovdur.
Yaralanan M. Nurməmmədov piyada olub.
***
19:58
Zaqatalada yol qəzası baş verib, ölən və xəsarət alan var.
Sizinxeber.az-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Zaqatala-Muxax-Yuxarı Çardaqlar avtomobil yolunun rayonun Muxax kəndindən keçən hissəsində baş verib. Qoşqulu motosikletlə Qaz-24 markalı minik avtomobili toqquşub. İlkin məlumata görə, motosikletçi aldığı ağır xəsarətlərdən dünyasını dəyişib. Daha bir nəfərin isə xəsarət aldığı bildirilir. Yaralı Zaqatala rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə şöbəsinə yerləşdirilib.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
Oxşar xəbərlər
Zaqatalada yol qəzası baş verib, ölən və xəsarət alan var
Zaqatalada yol qəzasında xəsarət alan beş nəfərin kimliyi məlum olub - FOTO - YENİLƏNİB
Zaqatalada avtomobil velosipedçini vurub
Zaqatalada avtomobil aşıb, xəsarət alanlar var - VİDEO - YENİLƏNİB
Zaqatalada qəza zamanı xəsarət alan şəxslərin kimliyi məlum olub - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













