

Xankəndidə beş ay əvvəl ölmüş erməni qadının meyitinin Ermənistana aparılması müzakirə olunur
2024-cü ilin oktyabrında Xankəndidə vəfat etmiş erməni əsilli Vera Ağasyanın meyitinin Ermənistana aparılması məsələsi müzakirə mərhələsindədir.
APA xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətindən bildirilib.
Qeyd edək ki, martın 10-da Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) Azərbaycan Respublikasında itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatının təqdimatında Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini, general-leytenant Şərafət Həsənov Ermənistanın Xankəndidə vəfat etmiş erməni əsilli Ağasyan Vera Varaşakovnanın meyitinin təhvil alınmasına heç bir münasibət bildirmədiyini açıqlamışdı.
“1954-cü il təvəllüdlü, erməni əsilli Ağasyan Vera Varaşakovnanın ötən il oktyabrın 20-də Xankəndi şəhərində yaşadığı ünvanda xəstəlikdən vəfat etməsi ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Ermənistan tərəfinin və onun övladlarının məlumatlandırılmasına, meyitinin təhvil verilməsi üçün bütün zəruri sənədləşmə işlərinin aparılmasına, hətta cari ilin fevral ayında vasitəçilərin iştirakı olmadan sərhəddə keçirilmiş görüş zamanı məsələ Ermənistanın nümayəndə heyətinin birbaşa diqqətinə çatdırılmasına baxmayaraq, qarşı tərəf 5 aya yaxındır ki, meyitin təhvil alınmasına heç bir münasibət bildirmir”, - Şərafət Həsənov bildirmişdi.
Oxşar xəbərlər
Ermənistan Xankəndidə ölmüş erməni əsilli qadının meyitinin təhvil alınmasına münasibət bildirmir - RƏSMİ
170 azərbaycanlı əsirin işgəncələrlə öldürüldüyü istintaqla sübut edilib
İCMP itkin düşmüş şəxslərin axtarışı üçün Azərbaycana arxeoloqlar göndərə bilər
Xankəndidə erməni əsilli vətəndaş vəfat edib
Azərbaycan ICMP-nin itkinlərlə bağlı Ermənistan qarşısında məsələ qaldırmasını istəyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fox News Kiyevi Rusiya şəhəri adlandırıb: XİN reaksiya verir
-
Uitkoff Romada ABŞ – İran danışıqlarından sonra Qrossi ilə görüşüb
-
WSJ: Tramp strategiyasında köklü dəyişikliklər edib
-
ABŞ husilərin Sənadakı mövqelərinə 21 zərbə endirib
-
İsrailin XİN başçısı: İranla nüvə silahı məsələsinin diplomatik həllinə hazırıq
-
Oman XİN: Vaşinqton və Tehran dinc nüvə inkişafının saxlanmasını müzakirə edirlər
