​​​​​​​Bərdədə avtomobil ağaca çırpılıb - FOTO - YENİLƏNİB » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
12 
mar
2025
19:00

​​​​​​​Bərdədə avtomobil ağaca çırpılıb - FOTO - YENİLƏNİB

12 mar, 2025
19:00
644

​​​​​​​Bərdədə avtomobil ağaca çırpılıb - FOTO - YENİLƏNİB

Bərdə şəhərində "Chevrolet" markalı minik avtomobilinin idarəetməni itirərək ağaca çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Sizinxeber.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Yanğın nəticəsində avtomobilin mühərrik hissəsində elektrik avadanlıqları qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

17.30

Bərdədə minik maşını idarəetməni itirərək ağaca çırpılıb.

Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə, hadisə Bərdə şəhəri ərazisində qeydə alınıb.

Qəzadan sonra "Chevrolet" markalı maşında alışma olub. Əraziyə yanğınsöndürənlər cəlb edilib. Yanğın riskinin qarşısı alınıb.

Xəsarət alan sürücü Bərdə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Xəsarəti yüngül olduğundan ilkin tibbi yardımdan sonra evə buraxılıb.

Faktla bağlı Bərdə rayon polis şöbəsində araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın