Bərdədə avtomobil qaz borusuna çırpılıb, 3 nəfər yanıq xəsarəti alıb - YENİLƏNİB
Bu gün 01:20 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə 3 nəfər (kişi cinsli) hospitalizasiya olunub.
Bu barədə Sizinxeber.az-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Müxtəlif dərəcəli yanıq xəsarətləri ilə tibb müəssisəsinə yerləşdirilən şəxslərə zəruri tibbi xidmətlər göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.
***
14:25
Bərdədə yol qəzası baş verib.
Sizinxeber.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Məlumata görə, rayonun Mollaisalar kəndində “Hyundai” markalı minik avtomobilinin yol kənarındakı qaz borusuna çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.
Yanğın nəticəsində avtomobilin yanar hissələri və qaz borusundan sızan qaz yanıb. Yanğın zamanı 3 nəfər yanıq xəsarəti alıb. Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Oxşar xəbərlər
Bərdədə yol qəzasında yanıq xəsarəti alan 3 nəfər xəstəxanadan evə buraxılıb - YENİLƏNİB
Bərdədə avtomobil qaz borusuna çırpılıb, 3 nəfər yanıq xəsarəti alıb
Bərdədə avtomobil qaz xəttinə çırpılıb, 3 nəfər yanıq xəsarəti alıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
12 yaşlı Əfsanənin qətlində ŞOK DETALLAR: Şübhəli bilinən bacısı polisi necə aldadıb? - VİDEO
-
KİV: Tramp İrana zərbələri dayandırmaq barədə göstəriş verdi
-
Husilər Yəməndə “Bayraqdar” vurdular
-
Xəzərdə batan şəxs müstəntiq imiş
-
Rumıniya Rusiyanın daha bir PUA-sını vurdu
-
UNESCO məşhur çimərliklə bağlı qərar qəbul etdi
