Şəmkirdə yük avtomobili yanıb
Şəmkirdə yanğın hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə hadisə rayonun Kraz yolu adlanan ərazisində qeydə alınıb.
Belə ki, "Qazel" markalı yük avtomobilinin mühərrik hissəsində anidən yağın başlayıb.
Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.
Yük avtomobilində baş verən yanğın yanğın söndürənlər tərəfindən söndürülüb, avtomobilin qalan hissəsi mühafizə edilib.
Həmçinin yol kənarındakı kommunikasiya xətləri də yanğından mühafizə olunub.
Bundan başqa əraziyə Şəmkir rayon polis şöbəsinin əməkdaşları cəlb olunub və ərazidə təhlükəsizlik tədbirləri həyata keçirilib.
Baş vermiş yanğın hadisəsi ilə bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Tovuz şərab zavodu yanır
Şəmkirdə ev yanib - FOTO
Göygöldə ikimərtəbəli ev yanıb
Bakıda 3 avtomobil yanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
12 yaşlı Əfsanənin qətlində ŞOK DETALLAR: Şübhəli bilinən bacısı polisi necə aldadıb? - VİDEO
-
KİV: Tramp İrana zərbələri dayandırmaq barədə göstəriş verdi
-
Husilər Yəməndə “Bayraqdar” vurdular
-
Xəzərdə batan şəxs müstəntiq imiş
-
Rumıniya Rusiyanın daha bir PUA-sını vurdu
-
UNESCO məşhur çimərliklə bağlı qərar qəbul etdi
