Cəzaçəkmə müəssisəsinə konfetlərin içində "patı" keçirməyə cəhd olunub - FOTO » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
10 
mar
2025
14:50

Cəzaçəkmə müəssisəsinə konfetlərin içində "patı" keçirməyə cəhd olunub - FOTO

10 mar, 2025
14:50
758

Cəzaçəkmə müəssisəsinə konfetlərin içində "patı" keçirməyə cəhd olunub - FOTO

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 6 saylı cəzaçəkmə müəssisəsinə psixotrop maddə keçirilməsinin qarşısı alınıb.

APA xəbər verir ki, bu barədə Penitensiar xidmətdən bildirilib.

Məhkum Mövsüm Vaqif oğlu Mövsümova tanışı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman konfetlərin içərisində xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 8,101 qram metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır.

Bizimlə əlaqə saxlayın