Bakıda 53 nömrəli marşrut xətti müsabiqəyə çıxarılacaq
sizinxeber.az xəbər saytı

Bakıda 53 nömrəli marşrut xətti müsabiqəyə çıxarılacaq


Bakıda 53 nömrəli marşrut xətti müsabiqəyə çıxarılacaq və avtobuslar yeniləri ilə əvəzlənəcək.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin martın 7-də qəzaya uğrayan marşrut avtobusu ilə bağlı yaydığı məlumatda qeyd olunub. 

Bildirilib ki, martın 7-də Neftçilər prospektində qəzaya uğrayan "Daewoo" markalı 10-TG-753 nömrəli avtobus “Fidan” MMC-yə məxsusdur: 

“İlkin araşdırmalara görə, hadisənin avtobusun texniki nasazlığı səbəbindən baş verdiyi məlum olub. Sərnişindaşıma xidmətinin texniki tələblərinə cavab verməyən avtobusları istismar edən daşıyıcıdan izahat alınıb”.

Oxşar xəbərlər

AYNA Bulvarın yaxınlığında maneəyə çırpılan marşrut xətti ilə bağlı açıqlama yayıb
Bakıda marşrut avtobusu maneəyə çırpılıb - YENİLƏNİB
Bakıda daha 2 marşrut xətti müsabiqəyə çıxarılır
91 nömrəli müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
Paytaxtda iki nömrəli müntəzəm marşrut xətti "BakuBus"a verilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər