Gəncədə yanğın olub - VİDEO - FOTO
sizinxeber.az xəbər saytı

Gəncədə yanğın olub - VİDEO - FOTO


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhərində yerləşən bir-birinə bitişik tikilmiş evlərdə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri əraziyə cəlb olunub.

Baş vermiş yanğın əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 70 kv.m. olan 1 mərtəbəli 3 otaqlı evin hamamının tavanı və dam örtüyünün yanar konstruksiyaları 10 kv.m. sahədə, ümumi sahəsi 50 kv.m. olan 1 mərtəbəli 2 otaqlı evin 1 otağının və dam örtüyünün yanar konstruksiyaları 15 kv.m. sahədə, ümumi sahəsi 75 kv.m. olan 1 mərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları, ümumi sahəsi 60 kv.m. olan 2 mərtəbəli (hər mərtəbəsi 30 kv.m.) 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları yanıb.

Evlərin qalan hissəsi və bitişik digər evlər yanğından mühafizə olunub.

Oxşar xəbərlər

Pirallahıda yaşayış binasında yanğın baş verib - VİDEO
Qazaxda ev yanıb
Qazaxda ev yanıb - VİDEO
Hökməlidə obyektdə yanğın baş verib - VİDEO
Keşlə qəsəbəsi ərazisində sexdə yanğın baş verib - FOTO - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər