Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb - YENİLƏNİB


Prezident yanında Əfv Məsələləri Komissiyasının 2025-ci il üçün ilk iclası keçirilib.

Bu barədə "Report"a Komissiyanın üzvü Rəşad Məcid məlumat verib.

Rəşad Məcid qeyd edib ki, iclası Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev açıb:

"Administrasiyanın rəhbəri indiyə qədər Azərbaycanda imzalanan əfv sərəncamları barədə danışdı. Azərbaycan Prezidenti tərəfindən göstərilən humanizm aktlarının olduğunu dedi. Daha sonra iclasın gündəliyi açıqlandı. İclas çox məhsuldar keçdi və 100-dən artıq müraciətə baxıldı. Bunlar ağır cinayətlərlə və əsasən də ölüm işində təqsirləndirilən şəxslərin müraciətləri idi. Hər bir müraciət diqqətlə araşdırılıb. Həm Administrasiyanın müvafiq şöbələri, həm də hüquq-mühafizə orqanları tərəfindən verilən rəylər nəzərə alınaraq komissiya üzvlərinin fikirləri nəzərə alındı və səsvermə nəticəsində qərarlar qəbul edildi".

09:06

Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının 2025-ci il üçün ilk iclası keçiriləcək.

"Report" xəbər verir ki, iclasda Komissiyaya daxil olan müraciətlərə baxılacaq.

Oxşar xəbərlər

Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının ilk iclası keçiriləcək
Əfv Komissiyasının iclası keçirilib
Bu yaxınlarda Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyanın iclası keçiriləcək
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın yanında fəaliyyət göstərən işçi qrupların tərkibi yenilənəcək
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın iclası keçirilib, yeni üzvləri təqdim olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle