AZAL-ın qəzaya uğrayan təyyarəsinin kor zədələrində hava gəmisinə məxsus olmayan kənar obyektlər aşkarlanıb
Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan "Azərbaycan Hava Yolları” QSC-yə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin qalıqlarının kor zədələrində hava gəmisinə məxsus olmayan kənar obyektlər aşkarlanıb.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Beynəlxalq Mülki Aviasiya Təşkilatının 1944-cü il Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinin tələblərinə uyğun aparılan araşdırmanın ilkin hesabatında qeyd olunub.
Hesabata əsasən, aşkarlanan kənar obyektlər götürülüb və həmin kənar obyektlərin foto şəkilləri ilkin hesabat mətnində ictimaiyyətə təqdim edilib.
Bildirilib ki, gələcəkdə aşkar olunmuş kənar obyektlərin dəqiq mənsubiyyətinin müəyyənləşdirilməsi məqsədilə əlavə ekspertizaların keçirilməsi planlaşdırılıb.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Oxşar xəbərlər
Qəzaya uğrayan AZAL təyyarəsi Qroznıya qədər olan uçuş hissəsində tam uçuşa yararlı vəziyyətdə olub - İLKİN HESABAT
Aktauda qəzaya uğrayan AZAL təyyarəsinin gövdəsində, stabilizatorlarda çoxsaylı deşiklər aşkarlanıb - HESABAT
Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı dərc edib
AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı dərc edilib - YENİLƏNİB
"AZAL"ın təyyarəsinin qəza səbəbi ilə bağlı ilkin hesabat yanvarın sonunda açıqlanacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











