"AZAL"ın təyyarəsinin qəza səbəbi ilə bağlı ilkin hesabat yanvarın sonunda açıqlanacaq
Qazaxıstanda "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğramasını araşdıran hökumət komissiyası təhqiqatın ilkin nəticələri yanvarın sonunda açıqlanacaq.
Bu barədə “Sizinxeber.az”un Qazaxıstan bürosuna Nəqliyyat və Kommunikasiyalar Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Belə ki, Qazaxıstanda ölkə qanunvericiliyinin və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) 13 saylı əlavəsinin tələblərinə uyğun olaraq, qəzanın baş verdiyi tarixdən 30 gün sonra təhqiqatın ilkin və ya aralıq nəticələri elan ediləcək.
Nazirlikdən həmçinin bildirilib ki, qəza ilə bağlı beynəlxalq ekspertlər araşdırması davam edir.
Bununla yanaşı, 13 saylı əlavəyə uyğun olaraq, komissiya araşdırmanı 12 ay ərzində başa çatdırmağı planlaşdırır.
Xatırladaq ki, AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i ölüb, 29-u sağ qalıb.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə həlak olan ekipaj üzvləri - İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökümə Cəlil qızı Əliyevaya ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Qəzadan sağ çıxan ekipaj üzvləri Zülfiqar Sərdar oğlu Əsədov və Aydan Vaqif qızı Rəhimli 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif ediliblər.
İlkin məlumatlara görə, təyyarə fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb.
Oxşar xəbərlər
Qazaxıstanın AZAL-ın təyyarə qəzasını araşdıran komissiyası ilkin nəticələri 30 gündə açıqlayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qazaxıstanda AZAL-ın təyyarəsinin qəzasının səbəblərini araşdıran komissiya iş planını müəyyənləşdirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qazaxıstan Nəqliyyat Nazirliyi: AZAL-ın qəzaya uğramış təyyarəsi ilə bağlı yekun hesabat 3 ildən gec olmayaraq təsdiqlənəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aktau yaxınlığındakı təyyarə qəzası nəticəsində həlak olan üç nəfər Qazaxıstanda dəfn edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Təyyarə qəzasında həlak olan Məhəmmədəli futbolçu imiş [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












