Naxçıvanda yol qəzası olub, ər-arvad xəsarət alıb - FOTO
Kəngərli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Sizinxeber.az-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralının Qıvraq qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, yol kəsişməsində Türkiyə Respublikası vətəndaşı Zahir Güclünün idarə etdiyi 01 DMN 70 nömrəli "Mercedes" markalı yük maşını ilə 74-BD-152 dövlət nömrəli "Mercedes" markalı minik avtomobili toqquşub. Qəza zamanı minik maşının sürücüsü Kəngərli rayon Qıvraq qəsəbə sakini, 1978-ci il təvəllüdlü Rzayev Nəsimi Müzaməddin oğlu və onu həyat yoldaşı, 1982-ci təvəllüdlü Rzayeva Günay Ələkbər qızı xəsarət alıb.
Hadisə yerinə gələn qəza xilasetmə bölməsi tərəfindən xəsarət alanlar avtomobildən çıxarılıb. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Naxçıvan-Sədərək avtomagistralında yol-nəqliyyat hadisəsi baş verib
Naxçıvanda avtomobil motosikletlə toqquşub, 1 nəfər xəsarət alıb - FOTO
Naxçıvanda yol-nəqliyyat hadisəsi zamanı 17 yaşlı qız xəsarət alıb - FOTO
Naxçıvanda gəlin maşını qəza edib, bəy xəsarət alıb
Naxçıvanda ağır qəza baş verib, xəsarət alan var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
Günəşdə güclü partlayış oldu
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
