Qaxda İran vətəndaşına məxsus TIR yanıb
Qax rayonunda İran vətəndaşına məxsus yük avtomobili (TIR) yanaraq yararsız vəziyyətə düşüb.
"Sizinxeber.az"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Zaqatala-Qax avtomobil yolunun rayonun Süskənd kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, İran İslam Respublikası vətəndaşı Omara Ghaderbakhsh Nazarmohammad oğluna məxsus yük avtomobilində yanğın hadisəsi baş verib. Yanğın yerinə Qax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları və şəxsi heyəti cəlb olunub. Yanğın zamanı UU-532-NU Gürcüstan qeydiyyat nişanlı "RENAULT" markalı yük avtomobilinin kabini tamamilə, qoşqunun isə bir hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Hacıqabulda avtomobil yanıb
Cəlilabadda ikiotaqlı ev yanaraq kül olub
Astarada 6 otaqlı ev yanaraq külə dönüb
FHN Şirvanda yanğınla nəticələnən yol qəzası barədə məlumat yayıb - YENİLƏNİB-2
Gəncədəki avtomobil sexində 5 boks və bir avtomobil yanıb - YENİLƏNİB - 2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
Türkiyədə sərnişin mikroavtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
-
İsrail ordusu Livanın cənubunda daha bir zabitini itirib
-
Qurban Qurbanov: "Qarşıdakı ildə ən döyüşkən, ən mübariz, ən cəsarətli komanda biz olacağıq"
