Xaçmazda yol qəzasında xəsarət alan sürücü ölüb
Xaçmaz rayonunda baş verən yol qəzasında xəsarət alan sürücü ölüb.
"Report"un Şimal bürosunun məlumatına gorə, Gəndob-Yalama avtomobil yolunun 27-ci km-də, magistralın Xaçmaz rayonunun Müşkür kəndi yaxınlığından keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Belə ki, Babayev Emil Çingiz oğlunun idarə etdiyi "İVECO" markalı iri tonnajlı yük avtomobili qarşıdan gələn "Ford" markalı yük maşını ilə toqquşub.
Nəticədə "Ford"un sürücüsü, 1998-ci il təvəllüdlü Qədirov Samil Emin oğlu ağır xəsarətlər alaraq deformasiyaya uğrayan avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Fövqəladə Hallar Nazirliyi (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları onu maşından çıxarıb təcili tibbi yardım briqadasına təhvil verib.
Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralanın vəziyyəti ağır olduğu üçün Bakıya göndərilsə də, o, yolda ölüb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xaçmazda yol qəzası olub, ölən və yaralananlar var
Xaçmazda yük avtomobilləri toqquşub, xəsarət alanlar var - FOTO - YENİLƏNİB
Xaçmazda yük avtomobilləri toqquşub, xəsarət alanlar var - FOTO - YENİLƏNİB - VİDEO
Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
DYP Xaçmazda azyaşlının ölümü ilə nəticələnən qəza ilə bağlı məlumat yayıb - YENİLƏNİB - 2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













