DYP: Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib - VİDEO
sizinxeber.az xəbər saytı

DYP: Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib - VİDEO


Paytaxt ərazisində narkotik vasitənin təsiri altında avtoxuliqanlıq hərəkətləri edən sürücü həbs edilib.

Sizinxeber.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Məlumata görə, Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydasını pozduğu üçün “Volkwagen” markalı, 77-DD-459 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə “saxla” işarəsi verilsə də o, buna məhəl qoymayaraq hərəkətini davam etdirib:

“Görülən tədbirlər nəticəsində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan sürücü Ramil Xamadyarov saxlanılıb.

Sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı R.Xamadyarovun narkotik vasitə qəbul etməsi də müəyyən olunub.

Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə R.Xamadyarovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 20 sutka inzibati qaydada həbs edilib”.

Oxşar xəbərlər

Paytaxt ərazisində avtoxuliqanlıq hərəkətləri edən sürücü həbs olunub - VİDEO
Narkotikin təsiri altında motosiklet sürən şəxs saxlanılıb - VİDEO
Bakıda avtoxuliqanlıq edən sürücü 30 sutka həbs edilib - VİDEO
Polisin tələbini yerinə yetirməməsi barədə görüntünü sosial şəbəkədə paylaşan sürücü həbs edilib - VİDEO
Cəlilabadda avtoxuliqanlıq edən sürücü həbs edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle