Azərbaycanda hərbi cinayətlərdə ittiham olunan ermənilərin məhkəməsində dövlət ittihamını 6 prokuror müdafiə edir
Azərbaycanda hərbi cinayətlərdə ittiham olunan ermənilərin məhkəməsində dövlət ittihamını 6 prokuror müdafiə edir.
Sizinxeber.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında deyilir.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevin müvafiq Sərəncamı ilə Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimirinin və Vardanyan Ruben Karlenoviçin cinayət işləri üzrə dövlət ittihamının müdafiəsini həyata keçirəcək prokurorluq əməkdaşlarından ibarət qrup yaradılıb.
Məhkəmədə dövlət ittihamını Baş prokurorun böyük köməkçisi, ədliyyə müşaviri Vüsal Əliyev, Baş Prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi, II dərəcəli hüquqşünas Tuqay Rəhimli, Baş prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi, ədliyyə müşaviri Nəsir Bayramov, Baş prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Fuad Musayev, Baş prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti, ədliyyə müşaviri Vüsal Abdullayev, Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Təranə Məmmədova müdafiə edir.
Oxşar xəbərlər
Qarabağ separatçılarının ittiham olunduğu maddələr məlum olub - Soyqırımı, terror, deportasiya, işgəncə... [xfgiven_updateblue][/xfgiven_updateblue]
Erməni hərbi cinayətkarların işi Bakı Hərbi Məhkəməsinin sədrinin icraatına verilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Araik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan və digərlərinin həbs müddəti uzadılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Erməni separatçılarının işi məhkəməyə göndərilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Araik Arutyunyan, Davit Babayan və digərlərinin həbs müddəti uzadılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi











