Ötən il Bakıda baş verən cinayətlərin 88,8 %-nin açılıb
2024-cü il ərzində Bakı şəhərinin prokurorluq və daxili işlər orqanları üzrə cəmi 14925 cinayət hadisəsi qeydiyyata alınıb ki, onların 88,8 %-nin açılması təmin olunub.
“Report” xəbər verir ki, bu barədə Bakı şəhər prokurorluğu tərəfindən 2024-cü il üzrə görülmüş işlərin yekunu ilə bağlı əməliyyat müşavirəsi deyilib.
Bildirilib ki, 2024-cü il ərzində Bakı şəhər prokurorluq orqanlarında 649 cinayət işinin ibtidai istintaqı aparılmış və həmin cinayət işlərindən 194-nün istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib.
Habelə hesabat dövründə prokurorluq orqanları tərəfindən istintaq edilmiş cinayət işləri üzrə müəyyən edilmiş 16 milyon 979 min 167 manat maddi ziyandan 12 milyon 425 min 084 manatının (73,2%) ödənilməsi təmin olunub.
Oxşar xəbərlər
Bakı şəhər prokurorluğunda əməliyyat müşavirəsi keçirilib
Bakı Şəhər Prokurorluğunun 2024-cü il üzrə görülən işlərin yekunu ilə bağlı əməliyyat müşavirəsi keçirilib
Milli Məclis prokurorluq orqanlarının əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsinə razılıq verib
Kamran Əliyev: Bu il özgə əmlakına vurulmuş ziyanın 49,3 milyon manatdan artıq hissəsi ödətdirilib
Naxçıvan MR Prokurorluğunun Kollegiya iclası keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













