Sabunçuda 10 min manatlıq oğurluq edib, gözətçini hədələyərək qaçan 2 nəfər saxlanılıb
sizinxeber.az xəbər saytı

Sabunçuda 10 min manatlıq oğurluq edib, gözətçini hədələyərək qaçan 2 nəfər saxlanılıb


Polis Sabunçu rayonunda quldurluq etməkdə şübhəli bilinən 2 nəfəri saxlayıb.

APA DİN-ə istinadən xəbər verir ki, Sabunçu rayonu ərazisində yerləşən komplekslərin birindən naməlum şəxsin oğurluq etməsi və nəticədə zərərəçəkənə 10 000 manat maddi ziyan vurması, daha sonra gözətçini kəsici alətlə hədələyərək hadisə yerindən qaçması barədə polisə məlumat daxil olub.

Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar - 39 yaşlı N.Quliyev və 34 yaşlı A.Balayev müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalar aparılır.

Oxşar xəbərlər

Sabunçuda naməlum şəxs kompleksin gözətçisini hədələyib, 10 min manatlıq oğurluq edib
Nardaranda evdən 20 min manatlıq oğurluq olub
Yasamalda mağaza mühafizəçisini hədələyərək oğurluq edən şəxs saxlanılıb
Bakıda iki nəfərə qarşı 12 min manatlıq dələduzluq edilib
Bakı sakininə qarşı 18 min manatlıq dələduzluq olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər