Yasamalda mağaza mühafizəçisini hədələyərək oğurluq edən şəxs saxlanılıb
sizinxeber.az xəbər saytı

Yasamalda mağaza mühafizəçisini hədələyərək oğurluq edən şəxs saxlanılıb


Yasamalda mağaza mühafizəçisini hədələyərək oğurluq edən şəxs saxlanılıb.

DİN-in mətbuat xidmətindən Sizinxeber.az-ya verilən xəbərə görə, oktyabrın 10-da axşam saatlarında Yasamal rayonu ərazisində yerləşən mağazaların birində mühafizəçinin kəsici alətlə hədələnərək oradan oğurluq edilməsi barədə polisə məlumat daxil olub.

Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən S.Zalov müəyyən olunaraq saxlanılıb.

Ondan narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.

Oxşar xəbərlər

Bank kartından 2500 manatdan çox pul oğurlayan kişi və qadın saxlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər