Tərtərdə traktorla minik maşını toqquşub, iki nəfər ölüb
sizinxeber.az xəbər saytı

Tərtərdə traktorla minik maşını toqquşub, iki nəfər ölüb


Tərtərdə traktorla minik maşını toqquşub.

APA xəbər verir ki, hadisə dünən axşam saatlarında Hümbətli kəndində baş verib.

Belə ki, 1983-cü il təvəllüdlü Xəqani Aydınovun idarə etdiyi "Belarus 82" markalı traktor ilə Ədalət Həsənəliyevin idarə etdiyi "VAZ 2101" markalı avtomobillə toqquşub. Nəticədə "VAZ 2101"də olan 1971-ci il təvəllüdlü Ə.S.Həsənəliyev və 2023-cü il təvəllüdlü sərnişin Asya Həsənəliyeva almış olduqları xəsarətlərdən xəstəxanaya çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb.

Digər sərnişin Zəhra Məmmədova tibb müəssisəsinə yerləşdirilib.

Yol-nəqliyyat hadisəsinin baş verməsindən sonra hadisə yerindən qaçan "Belarus 82" markalı traktorun sürücüsü Xəqani Aydınov əməliyyat- axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təqdim edilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Oxşar xəbərlər

Ucarda iki minik maşını toqquşub, xəsarət alanlar var - FOTO
Biləsuvarda minik maşını traktorla toqquşub, 4 nəfər xəsarət alıb
Şəmkirdə piyadanı vuran avtomobil, daha bir qəza törədib
Samuxda yük və minik maşınları toqquşub, ölən var
Tovuzda yük maşını ilə minik maşını toqquşub, ölən var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər