Ötən ay dövlət sərhədinin pоzulmasına görə 26 əcnəbi saxlanılıb
Ötən ay ərzində dövlət sərhədini pоzduqlarına görə 32 nəfər saxlanılıb.
Sizinxeber.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
Onların 8-i Azərbaycan, 12-i Pakistan, 5-i Əlcəzair, 5-i Şri-Lanka, 2-si Mərakeş vətəndaşı оlub.
Qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində 7 nəfər saxtalaşdırılmış tarix möhürü və pasportla, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərərkən saxlanılıb.
Sərhəd rеjim qaydalarını pоzduqlarına görə 863 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 358 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilmiş, ölkədən çıxışı qadağan edilmiş 466 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olunan 11 nəfərin isə ölkəyə daxil olmasının qarşısı alınıb.
Narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 246 kiloqram 496 qram narkоtik vasitə və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 833 ədəd həb aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı həyata keçirilən mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 2 milyon 200 min 92 manat оlan qaçaqmal, о cümlədən dərman vasitələri, spirtli içkilər, tütün məmulatları, Canik 55 tapançasına məxsus patronlar aşkar olunaraq götürülüb.
Dövlət sərhədlərinin еtibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam еtdirilir.
Oxşar xəbərlər
Ötən ay dövlət sərhədinin pоzulmasına görə 17 əcnəbi saxlanılıb
Azərbaycanın axtardığı 308 nəfər sərhəddə saxlanılıb
Dövlət sərhədini pоzduqlarına görə 38 nəfər saxlanılıb - DSX
Ötən ay dövlət sərhədini pozan 65 nəfər saxlanılıb
DSX-dən əməliyyat: axtarışda olan 404 nəfər saxlanıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
Prezident İlham Əliyevin doğum günüdür
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı












