Lənkəranda baş verən qəzada xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
Lənkəranda baş verən qəzada xəsarət alanların kimliyi məlum olub.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Lənkəranda baş verən qəzada Lənkəran rayonunun Bürcəli kənd sakini 1993-cü il təvəllüdlü Nihad Naib oğlu Suidimzadə, həmkəndlisi 1994-cü il təvəllüdlü
Elkin Sabir oğlu Hüseynov və Lənkəran rayonunun Azfilal kənd sakini 1993-cü il təvəllüdlü Elman İntizam oğlu Abdullazadədir.
Hazırda onların müalicələri təcili yardım şöbəsində davam etdirilir.
İlkin məlumata görə onlar avtomobildə hərəkətdə olarkən, sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi kanala aşıb.
Faktla bağlı araşdırma davam etdirilir.
***
00:16
Lənkəranda yol nəqliyyat hadisəsi baş verib.
APA-nın cənub bürosu xəbər verir ki, hadisə Xanbulan kəndi ərazisində qeydə alınıb.
Qəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Lənkəranda baş verən qəzada xəsarət alanların sayı artıb - FOTO - YENİLƏNİB
Lənkəranda baş verən qəzada iki nəfər xəsarət alıb - FOTO
Lənkəranda baş verən qəzada 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb - FOTO
Lənkəranda baş verən qəzada xəsarət alanların vəziyyəti açıqlanıb - FOTO - YENİLƏNİB 1
Lənkəranda baş verən qəzada sürücü xəsarət alıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İranda etirazlar səngimir: Etirazçılara atəş açılıb, ölənlərin sayı artır
-
Tehran prokuroru İrandakı etirazçıları edam cəzası ilə hədələdi
-
Təhsil sənədlərinin "mygov" üzərindən rəqəmsal təqdim olunması artıq tam hüquqi qüvvəyə malikdir
-
Buzlaqlar uğrunda Qrenlandiya savaşı: ABŞ əvvəllər də iki dəfə adanı pulla almaq istəyib
-
Tramp Venesuela neftinin satışı gəlirlərini məhkəmə cəzalarından qorumaq üçün fərman imzalayıb
-
ABŞ Ordusunun Mərkəzi Komandanlığı Suriyada İŞİD-ə qarşı zərbələri təsdiqləyib












