Biləsuvarda toya və yasa gedən avtomobillər toqquşub, ölənlər və yaralılar var - YENİLƏNİB
Biləsuvar rayonunda baş verən ağır yol qəzasının bəzi təfərrüatları məlum olub.
"Sizinxeber.az"un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar-Bəhrəmtəpə yolunun Arazbari kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "VAZ 2107" markalı minik avtomobilinin "Opel" markalı minik avtomobili ilə toqquşması nəticəsində yeddi nəfər müxtəlif bədən xəsarətləri alıb.
Xəsarət alan həmin şəxslərdən biri hadisə yerində, biri isə xəstəxanada vəfat edib.
Yaralılar Biləsuvar və Cəbrayıl Rayon Mərkəzi Xəstəxanalarına yerləşdirilib.
Hazırda ölən və xəsarət alan şəxslərin kimliyi müəyyənləşdirilir.
Məlumata görə, “VAZ 2107”də olan şəxslər bir ailənin üzvləri olan Beyləqan rayon sakinləridir. Onların Salyan rayonuna yas mərasiminə getdiyi bildirilir.
“Opel” markalı minik avtomobilində olan şəxslər isə Cəbrayılın Cocuq Mərcanlı kəndinin sakinləridir. Onlar da Bakıdan Cocuq Mərcanlıya toy məclisinə gəlirmişlər.
Faktla bağlı araşdırma aparılır.
Biləsuvar rayonunda ağır yol qəzası baş verib.
"Sizinxeber.az"un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar-Bəhrəmtəpə yolunda qeydə alınıb.
İlkin məlumata görə, iki minik avtomobilinin toqquşması nəticəsində üç nəfər ölüb, iki nəfər yaralanıb.
Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Biləsuvarda minik avtomobili aşıb, xəsarət alanlar var
Biləsuvarda minik avtomobillərinin toqquşması nəticəsində iki nəfər yaralanıb
Qubada ağır yol qəzası olub, ölən və xəsarət alan var - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
-
DÇ-2026: Seneqal - İraq matçında üçüncü qol vurulub - YENİLƏNİR-5

