Qazaxıstanın nəqliyyat naziri AZAL-ın təyyarəsindəki qəzanın təfərrüatlarını açıqlayıb
“Aktaudakı havalimanının qəza xidmətləri təyyarəni qəbul etməyə hazır idi. Ekipaj ölkəmizin hüdudlarına daxil olduqdan sonra şəhərdəki Dispetçer Qülləsinin dispetçeri ilə əlaqə yaradıb. Bundan sonra isə təyyarənin enişini təmin etmək üçün bütün zəruri tədbirlər görülüb”.
APA xəbər verir ki, bunu jurnalistlərə Qazaxısatanın nəqliyyat naziri Marat Karabayev deyib.
O əlavə edib ki, uçuş heyətinin yerlə vizual əlaqəsini təmin etmək üçün uçuş-enmə zolağının xəbərdarlıq işıqları işə salınıb: “Heyət iki dəfə zolağa daxil olmağa cəhd edib. Onların hər birində təyyarənin hündürlüyündə xaotik dəyişikliklər müşahidə olunub. Sonra isə hava gəmisi sahil xəttinə istiqamətlənib. Yerli vaxtla saat 11:28-də ekipajla əlaqə itib və təyyarə yerə çırpılıb. Əraziyə ilk olaraq Aktau hava limanının xilasediciləri gələrək, dərhal təxliyə işlərinə başlayıb”.
M.Karabayevin sözlərinə görə, hazırda nazirliyin Nəqliyyatda Baş Verən İnsidentlərin və Hadisələrin Araşdırılması Departamentinin xüsusi komissiyaları hadisə ilə bağlı araşdırmalar aparır.
Oxşar xəbərlər
Qazaxıstanın nəqliyyat naziri Aktaudakı təyyarə qəzasının təfərrüatlarını açıqlayıb
Qazaxıstanın nazir müavini: Hava məkanımıza daxil olduqdan 28 dəqiqə sonra təyyarə ilə əlaqə itib
Bu il Rusiya hərbi təyyarələri 300 dəfə NATO hava məkanına yaxınlaşıb
Türkiyədə sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
AZAL-ın prezidenti: Təyyarədə texniki nasazlıq olmayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













