Qazaxıstanın nəqliyyat naziri Aktaudakı təyyarə qəzasının təfərrüatlarını açıqlayıb
Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev AZAL-a məxsus təyyarənin qəzaya uğramasının təfərrüatlarını açıqlayıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə yerli kanallar məlumat yayıb.
"Hava limanının qəza xidmətləri təyyarəni qəbul etməyə hazır idi. Ekipaj Qazaxıstanın hava məkanına daxil olduqdan sonra Aktau şəhərinin qüllə dispetçeri ilə əlaqə yaradıb. Dispetçer təyyarənin aerodroma enməsi üçün bütün lazımi tədbirləri operativ şəkildə həyata keçirib. Bundan əlavə, uçuş-enmə zolağı ilə vizual əlaqənin qurulmasını asanlaşdırmaq üçün zolağın işıqları yandırılıb", - Karabayev qeyd edib.
Onun sözlərinə görə, ekipaj Aktau aerodromunun uçuş-enmə zolağına daxil olmağa iki dəfə cəhd edib və bu zaman təyyarənin hündürlüyündə xaotik dəyişikliklər müşahidə olunub. Nazir təyyarənin sahil xəttinə doğru yönəldiyini bildirib.
"Saat 11:28-də ekipajla əlaqə itib və təyyarə yerə çırpılıb. Aktau hava limanının xilasetmə xidməti dərhal hadisə yerinə gəlib və sərnişinlərin təxliyəsinə başlayıb. Bu gün Qazaxıstan Nəqliyyat Nazirliyinin Nəqliyyatda İnsidentlərin və Hadisələrin Araşdırılması Departamentinin mütəxəssislərindən ibarət xüsusi komissiya tərəfindən araşdırma aparılır", - Karabayev əlavə edib.
Oxşar xəbərlər
Qazaxıstanın nazir müavini: Hava məkanımıza daxil olduqdan 28 dəqiqə sonra təyyarə ilə əlaqə itib
Nəqliyyat naziri: Qazaxıstanda qəzaya uğrayan təyyarənin üç ekipaj üzvü sağ qalıb, ikisi ölüb
Qazaxıstandakı təyyarə qəzasından sonra 14 Azərbaycan vətəndaşı sağ qalıb
Bu gün Azərbaycanda matəmdir
Moldova Prezidenti AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar başsağlığı verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













