FHN: Ötən sutka 23 yanğına çıxış olub, 6 nəfər xilas edilib
sizinxeber.az xəbər saytı

FHN: Ötən sutka 23 yanğına çıxış olub, 6 nəfər xilas edilib


Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-in Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 23 yanğına çıxış, 3 halda köməksiz vəziyyətdə qalma, 2 avtonəqliyyat qəzası və 2 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 6 nəfər xilas edilib, partlayışlar zamanı 5 nəfər xəsarət alıb, 4 nəfərin meyiti təhvil verilib.

Oxşar xəbərlər

FHN: Ötən sutka 53 yanğına çıxış olub, 2 nəfər xilas edilib
FHN: Ötən sutka 22 yanğına çıxış olub, 7 nəfər xilas edilib
FHN: Ötən sutka 17 yanğına çıxış olub, 6 nəfər xilas edilib
FHN: Ötən sutka 24 yanğına çıxış olub, 8 nəfər xilas edilib
FHN: Ötən sutka 66 yanğına çıxış olub, 7 nəfər xilas edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle