FHN: Ötən sutka 24 yanğına çıxış olub, 8 nəfər xilas edilib
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
FHN-in Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 24 yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 8 nəfər xilas edilib, yanğınlar zamanı 47 nəfər təxliyə olunub.
Oxşar xəbərlər
FHN: Ötən sutka 53 yanğına çıxış olub, 2 nəfər xilas edilib
FHN: Ötən sutka 66 yanğına çıxış olub, 7 nəfər xilas edilib
FHN: Ötən sutka 44 yanğına çıxış olub, 7 nəfər xilas edilib
FHN: Ötən sutka 47 yanğına çıxış olub, 7 nəfər xilas edilib
FHN: Ötən sutka 22 yanğına çıxış olub, 7 nəfər xilas edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













