Kəlbəcərdə avtomobil dərəyə aşıb, ölən və xəsarət alan var
sizinxeber.az xəbər saytı

Kəlbəcərdə avtomobil dərəyə aşıb, ölən və xəsarət alan var


Kəlbəcər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Sizinxeber.az"un Qərb bürosunun məlumatına görə, "Niva" markalı avtomobilin dərəyə aşması nəticəsində sürücü - Kəlbəcər rayon sakini, 1974-cü il təvəllüdlü Şahlar Sabir oğlu Dadaşov aldığı xəsarətdən ölüb.

Qəza zamanı habelə sərnişin - Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Allahverdi Elşən oğlu İbrahimbəyli müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralı xəstəxanaya çatdırılıb.

İlkin məlumata görə, qəza yolun buzlu olması səbəbindən baş verib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Kəlbəcərdə avtomobil aşıb, ölən və xəsarət alan var
Daşkəsəndə avtomobil aşıb, ölən və xəsarət alan var
Kəlbəcərdə yük avtomobili aşıb, ölən və xəsarət alan var
Astarada minik avtomobili dərəyə aşıb, ölən və xəsarət alan var
Salyanda avtomobil divara çırpılıb, ölən var və xəsarət alan var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər