Bakıda musiqi alətlərinin satıldığı mağaza yanıb - VİDEO
Bakının Nərimanov rayonunda mağaza yanıb.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Sizinxeber.az-ya verilən məlumata görə, “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsində yerləşən mağazada yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 30kv.m. olan musiqi alətlərinin satışı mağazasının anbarında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində mağazanın anbar hissəsində 6kv.m. sahədə musiqi alətləri, 6 p.m. elektrik kabeli və 3 ədəd elektrik açarı yanıb.
Anbarın böyük hissəsi və mağaza yanğından mühafizə olunub.
Oxşar xəbərlər
Nərimanov rayonunda mağaza yanıb
Sumqayıtda avtomobil yanıb - VİDEO
Bakıda sexdə yanğın baş verib - VİDEO
Bakıda kafedə yanğın baş verib - YENİLƏNİB
Binəqədi rayonunda obyektdə yanğın baş verib - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













