Sumqayıtda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB


Sumqayıtda yaşayış binasında yanğın yanğınsöndürənlər tərəfindən qısa müddətdə söndürülüb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Hadisə nəticəsində zirzəmidə yerləşən, vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m. olan ikiotaqlı mənzilin mətbəxinin yanar kostruksiyaları 15 kv.m. sahədə və yataq otağında 1 ədəd çarpayı və 1 ədəd televizor yanıb.

Mənzilin böyük hissəsi yanğından mühafizə olunub.

Təhlükəsizlik tədbirləri çərçivəsində binanın iki sakini təhlükəsiz əraziyə təxliyə olunub.

20:15

Sumqayıtda yaşayış binasında yanğın baş verib, sakinlər təxliyə edilib.

“Report”un yerli bürosu məlumat verir ki, hadisə şəhərin 4-cü məhəlləsində yerləşən 12/21 saylı yaşayış binasının zirzəmisində qeydə alınıb.

Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Zirzəmidə yaşayan bir ailənin 3 üzvü və qonşular binadan təxliyə edilib.

Hadisəyə cərəyən xəttinə taxılan şarj aparatının partlamasının səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Sumqayıtda yaşayış binasında yanğın baş verib, sakinlər təxliyə edilib
Sumqayıtda yaşayış binasının zirzəmisində yanğın baş verib - VİDEO - YENİLƏNİB
Sumqayıtda yaşayış binasının zirzəmisində yanğın baş verib
FHN Sumqayıtda yaşayış binasındakı yanğınla bağlı məlumat yayıb - YENİLƏNİB
Paytaxtda çoxmərtəbəli yaşayış binasında yanğın olub, 6 nəfər təxliyə edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər