Bakı-Şamaxı yolu buz bağlayıb, avtomobillərin hərəkətində çətinlik yaranıb - VİDEO - FOTO
Bakı-Şamaxı avtomobil yolu buz bağlayıb, nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranıb.
Sizinxeber.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.
Məlumata görə, yolda nəqliyyat vasitələrinin hərəkətində yaranmış çətinliklə bağlı əraziyə Yol Patrul Xidmətinin və digər aidiyyəti qurumun əməkdaşları cəlb olunub.
Operativ müdaxilələrlə avtomobillərin hərəkəti bərpa olunub: “Meteoroloji şəraiti nəzərə alaraq bir daha sürücülərə tövsiyə olunur ki, yola çıxmazdan əvvəl nəqliyyat vasitələrinin sazlığına diqqət yetirsinlər, sürət həddini hava şəraitinə uyğun seçsinlər”.
Sizinxeber.az-nin Şirvan bürosu xəbər verir ki, qar və çovğun Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonundan keçən hissəsində yol qəzalarına səbəb olub. Buzlaşmanın olduğu ərazilərdə hərəkət edən bəzi avtomobillər idarəetmədən çıxaraq bir-birinə çırpılıb. Xəsarət alanlar olmasa da, avtomobillərə ziyan dəyib.
Yolların qardan təmizlənməsi üçün əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texnikası və canlı qüvvəsi səfərbər olunub.
Oxşar xəbərlər
Yol polisi: Bakı-Şamaxı-Yevlax yolunda hərəkət məhdudlaşdırılacaq
DYP Bakı-Şamaxı-Yevlax yolunda elektron tərəzi sisteminin quraşdırılması ilə bağlı xəbərdarlıq edib
Magistral yolda maşın dəmir dirəyə çırpılıb, sürücü ölüb
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
