Salyanda avtomobil hasara çırpılıb, ölən var - YENİLƏNİB
Fövqəladə Hallar Nazirliyi (FHN) Salyanda baş verən yol qəzası barədə məlumat yayıb.
Sizinxeber.az nazirliyə istinadən xəbər verir ki, FHN-nin "112" qaynar telefon xəttinə Salyan rayonunun Xələc kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Muğan Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Renault” markalı minik avtomobili yol kənarındakı hasara çırpılıb və 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti zədələnmiş minik avtomobilindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***
07.22
Salyanda baş verən qəzada sürücü ölüb.
Sizinxeber.az-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyan rayonunun Xələc kəndində qeydə alınıb.
Həmin kəndin sakini, 1996-cı il təvəllüdlü Məlikov Seymur Rafiq oğlu idarə etdiyi avtomobili aşırıb.
Nəticədə aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda “Chevrolet” və "Tesla" toqquşub, ölən var
Qəbələdə baş verən ağır yol qəzası ilə bağlı FHN məlumat yayıb
Bakıda “Chevrolet”lə "Tesla" markalı avtomobillər toqquşub, 1 nəfər ölüb
Bakıda iki avtomobil toqquşub, ölən var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Mərdəkanda dənizdə batan 4 nəfərdən 2-nin meyiti tapılıb - YENİLƏNİB
