Regional Təhsil İdarəsi: Abşerondakı 2 məktəbdə baş verən yanğının səbəbi qısaqapanma olub
Abşeron rayonunun Pirəkəşkül qəsəbə məktəbində və Xırdalan şəhər 5 nömrəli tam orta məktəbdə baş verən yanğının səbəbi elektrik naqillərinin paylanma qutusunda qısaqapanma olub.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsi məlumat yayıb.
Qeyd edilib ki, məktəblərdə əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb, şagirdlər və müəllimlər təxliyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyə ediliblər:
"Onların sağlamlığına heç bir təhlükə yaranmayıb. Yanğın zamanı yalnız elektrik naqillərinin paylama qutusu zərər görüb, tədris binaları mühafizə edilib. Hazırda aidiyyəti qurum tərəfindən hər iki hadisənin başvermə səbəbləri araşdırılır".
İdarənin məlumatında vurğulanıb ki, tədris prosesinin fasiləsizliyini təmin etmək üçün zəruri tədbirlər görülür, məktəbin elektrik sisteminin ən qısa zamanda bərpası çərçivəsində işlər aparılır.
Oxşar xəbərlər
FHN Sumqayıtda yaşayış binasındakı yanğınla bağlı məlumat yayıb - YENİLƏNİB
Bakıda 6 məktəb əsaslı təmirlə bağlı köçürülüb
Bakıda məktəbə elektrik enerjisinin verilməsində fasilə yaranıb, müvafiq qurumlara müraciət olunub
Bakıda məktəbdə elektrikin verilməsində yaranan fasilə aradan qaldırılıb - YENİLƏNİB
Xırdalanda 14 mərtəbəli binanın şaxtası boyunca elektrik naqilləri yanıb, sakinlər təxliyə edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











