Tovuzda ölümlə nəticələnən ağır yol qəzası ilə bağlı cinayət işi başlanılıb
sizinxeber.az xəbər saytı

Tovuzda ölümlə nəticələnən ağır yol qəzası ilə bağlı cinayət işi başlanılıb


Tovuzda 5 hərbi qulluqçu olmaqla, 6 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanılıb.

"Report" xəbər verir ki, qəza ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.

Müdafiə Nazirliyinin məlumatına görə, noyabrın 27-də axşam saatlarında Tovuz rayonu ərazisində, xidmətdən kənar vaxtda şəxsi avtomobilin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun 5 hərbi qulluqçusu - baş gizir Qurbanov Ruslan Əhliman oğlu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları baş çavuş Alıyev Qabil Qaybalı oğlu, çavuş Əliyev Bəhlul Aydın oğlu, çavuş Əhmədov Qələndər Mail oğlu və kiçik çavuş Mehdiyev Turan Cavad oğlu vəfat edib.

Oxşar xəbərlər

MN Tovuzda yol qəzasında ölənlərdən beşinin hərbçi olduğu açıqlayıb
MN Tovuzda yol qəzasında ölənlərdən beşinin hərbçi olduğunu açıqlayıb - FOTO
Müdafiə Nazirliyi: Tovuzda yol qəzasında ölənlərdən beşi hərbçidir - YENİLƏNİB-2
Azərbaycan Ordusunun hərbçiləri Laçında kükürd qazlı termal sularda çimərkən həlak olub
Dövlət Agentliyinin hərbçiləri təltif edilib - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle