Salyanda avtomobil aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Salyanda baş verən yol qəzasında bir ailənin dörd üzvü xəsarət alıb.
“Sizinxeber.az”un Aran bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində, Hacıoğlu istirahət mərkəzinin yaxınlığında qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Hyundai” markalı avtomobil anidən idarəetməni itirərək yolun kənarına aşıb.
Qəza nəticəsində avtomobildə olan bir ailənin üzvləri, Masallı rayon sakinləri, 1987-ci il təvəllüdlü Bağırova Könül Ərəstun qızı, 1989-cu il təvəllüdlü Bağırov Elşən Ərəstun oğlu, 1993-cü il təvəllüdlü Bağırova Pərvin Vüqar qızı və 2023-cü il təvəllüdlü Bağırova Ruqayyə Elşən qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Salyanda avtomobil aşıb, bir ailənin 6 üzvü xəsarət alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Salyanda avtomobil aşıb, xəsarət alan var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Salyanda yol qəzası olub, bir ailənin beş üzvü xəsarət alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Salyanda minik avtomobili aşıb, 3 nəfər xəsarət alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hacıqabulda yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












