Şirvanda zəncirvari qəza törədən avtomobil 4 piyadanı vurub
sizinxeber.az xəbər saytı

Şirvanda zəncirvari qəza törədən avtomobil 4 piyadanı vurub


Şirvanda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sizinxeber.az-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhəri H.Əliyev prospektində baş verib.

Belə ki, “VAZ 2106” markalı avtomobil əvvəlcə yol kənarında dayanan bir neçə taksiyə toxunub və daha sonra şadlıq sarayının qarşısında dayanan toydan çıxan 4 nəfəri vurub.

Həmin şəxslər Qaradağ sakini, 1989-cu il təvəllüdlü Xətai Sadıqov, Sabirabad sakini, 1993-cü il təvəllüdlü Cavidan Nəsirov, Şirvan sakini, 1971-ci il təvəllüdlü Bəxtiyar Nəzərov və Hacıqabul sakini, 1987-ci il təvəllüdlü Seymur isrəfilovdur.

Piyadalar müxtəlif dərəcəli xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirliblər.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Hacıqabulda avtomobil piyadanı vurub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ucarda zəncirvari qəza nəticəsində üç avtomobil yararsız hala düşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şirvanda 4 yaşlı uşağı avtomobil vurub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Saatlıda avtomobil piyadanı vurub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Naxçıvanda avtomobil 15 yaşlı piyadanı vurub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər