Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə başlayıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
14 
noy
2024
15:50

Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə başlayıb

14 noy, 2024
15:50
752

Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə başlayıb

Keçmiş deputat Nazim Bəydəmirlinin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə başlayıb.

Sizinxeber.az xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakimi Faiq Qəniyevin sədrliyi ilə ilkin baxış iclası keçirilib. iCLASDA təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkmənin baxış iclası noyabrın 27-nə təyin edilib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nazim Bəydəmirli 8 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, sabiq deputat Nazim Bəydəmirliyə qarşı əvvəlcə Cinayət Məcəlləsinin 182.2.4-cü (Hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi, daha sonra 182.2.2-ci (hədə-qorxu təkrarən tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Nazim Bəydəmirli vətəndaşın müraciəti əsasında araşdırmaya cəlb edilib. Qeyd olunub ki, vətəndaş polisə müraciətində N. Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O, iyunun 24-də N. Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikyətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib. N. Bəydəmirli bu müraciət əsasında saxlanılıb.

Bizimlə əlaqə saxlayın