Şadlıq sarayında təmir zamanı ustanın yıxılaraq ölməsi faktı ilə bağlı cinayət işi açılıb
Şadlıq sarayında təmir işləri zamanı ustanın yıxılaraq ölməsi faktı ilə bağlı cinayət işi başlanıb
Bu barədə "Report"a Baş Prokurorluqdan bildirilib.
Qeyd edilib ki, yanvarın 29-da paytaxtın Nərimanov rayonunda 1988-ci il təvəllüdlü Bəhram Bayramovun iş yerində ölməsi faktı ilə bağlı Nərimanov rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırmalarla Bəhram Bayramovun qəlibçi usta kimi “Kral” şadlıq sarayında təmir işləri görən zaman ayaqaltı dəmir konstruksiyanın (lesa) üzərindən yerə yıxılaraq aldığı xəsarətlər səbəbindən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Oxşar xəbərlər
Prokurorluqdan vəkilin intiharı ilə bağlı məlumat [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qobustanda ər arvadını öldürməkdə şübhəli bilinir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Orta məktəbdə mənimsəmə ilə bağlı cinayət işi başlandı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vəkilin intihar etməsi ilə bağlı cinayət işi açılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ali Məhkəmə "Berlin Pub"da adam öldürməkdə təqsirləndirilən şəxsin kassasiya şikayətini təmin etməyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












