Prokurorluqdan vəkilin intiharı ilə bağlı məlumat
sizinxeber.az xəbər saytı

Prokurorluqdan vəkilin intiharı ilə bağlı məlumat


Bakıda vəkilin intihar etməsi faktı ilə bağlı cinayət işi açılıb.

Bu barədə Sizinxəbər.az-a Baş Prokurorluğun Mətbuat Xidmətinə daxil olmuş sorğulara cavab olaraq bildirilib.

Vurğulanıb ki, Vəkil Zaur Məmmədovun yanvarın 1-də saat 19 radələrində intihar etməsi faktı üzrə Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanaraq təxirəsalınmaz istintaq tədbirləri həyata keçirilir.

Qeyd edək ki, bu gün vəkil Zaur Məmmədov özünü Nərimanov rayonu ərazisində yandırıb.

Oxşar xəbərlər

Anar Bağırov Bakıda vəkilin intihar etməsinə münasibət bildirdi
Qohumunu odlu silahla öldürən şəxs tutulub
Şabranda 45 yaşlı kişi intihar edib
Azərbaycan Ordusunun hərbçisi özünü güllələyərək öldürüb
12 il əvvəl prorektorun ölümünə görə institut direktoru və qohumu həbs olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər