Orta məktəbdə mənimsəmə ilə bağlı cinayət işi başlandı
Mingəçevirdə təhsil müəssisəsində aşkar edilmiş mənimsəmə faktı ilə bağlı cinayət işi başlanıb.
Pravda.az xəbər verir ki, bu barədə Mingəçevir şəhər prokrurorluğu məlumat yayıb.
Mingəçevir şəhər 4 saylı tam orta məktəbdə baş verən qanunsuzluqlarla bağlı daxil olmuş vətəndaş müraciəti əsasında şəhər prokurorluğunda araşdırma aparılıb.
Araşdırma zamanı Azər Qazıyevin qeyd edilən təhsil müəssisəsində direktor vəzifəsini icra etdiyi 2020-2023-cü illər ərzində məktəbdə texniki vəzifədə çalışan, işə davamiyyəti olmayan işçilərə əməkhaqqı ödənilməsi yolu ilə 26 min manatdan artıq dövlət vəsaitini mənimsəməsi və israf etməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Mingəçevir şəhər prokrurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələrilə cinayət işi başlanaraq istintaq aparılır.
Qeyd edək ki, bir neçə gün əvvəl prokurorluq Mingəçevir şəhər N.Gəncəvi adına 8 saylı tam orta məktəbində baş verən qanunsuzluqlarla bağlı cinayət işi başlanması barədə məlumat yayıb.
Oxşar xəbərlər
Daşkəsəndə bələdiyyə sədri barədə cinayət işi başlandı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nəcməddin Sadıkovla bağlı araşdırmalara başlanıldı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Baş Prokurorluqda ekoloji hüquqpozmalarla bağlı cinayət işi başlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prokurorluqdan vəkilin intiharı ilə bağlı məlumat [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazirliyin keçmiş əməkdaşı tanışı ilə birgə həbs edildi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












