Qobustanda ər arvadını öldürməkdə şübhəli bilinir
Yanvarın 11-i saat 20 radələrində 1974-cü il təvəllüdlü Pərvanə Zeynalovanın Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində yerləşən evində öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə "Report"a Qaradağ rayon prokurorluğundan bildirilib.
Aparılan araşdırma zamanı 1970-ci il təvəllüdlü Zaman Zeynalovun aralarında yaranmış mübahisə zamanı arvadı Pərvanə Zeynalovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Zaman Zeynalov könüllü olaraq istintaqa təslim olub və iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.
Oxşar xəbərlər
Qohumunu odlu silahla öldürən şəxs tutulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Oğuzda meşədə həmkəndlisini güllələyərək öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prokurorluq: Şamaxı sakini bir neçə atəşlə öldürülüb - YENİLƏNİB-3 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kəngərlidə həmkəndlisini öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bacısını öldürməyə görə tutulan şəxsin cinayət işi məhkəməyə göndərilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












