Mingəçevirdə sanitariya-gigiyena qaydalarını  pozanlara qarşı tədbirlər görülüb
sizinxeber.az xəbər saytı

Mingəçevirdə sanitariya-gigiyena qaydalarını  pozanlara qarşı tədbirlər görülüb


Mingəçevirdə ətraf mühitin mühafizəsinin daha da gücləndirilməsi və sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən profilaktiki tədbirlər keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “Sizinxeber.az”a bildirilib ki, məişət tullantılarının urnalardan kənar yerlərə atılması, tullantıların qalaqlanması, su hövzələrinin çirkləndirilməsi hallarına yol verilməməsi barədə vətəndaşlarla maarifləndirici söhbətlər aparılıb. Xəbərdarlıqlara məhəl qoymayan şəxslər müəyyən olunaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Həmçinin, şəhərin bir neçə küçə və prospektində məişət tullantılarının qalaqlanması faktı aşkar edilib. Polisin müşayiəti ilə həmin ərazilərdəki antisanitar vəziyyət aidiyyəti qurumların əməkdaşları tərəfindən aradan qaldırılıb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Oxşar xəbərlər

Sanitariya-gigiyena qaydaları ilə bağlı tədbirlər gücləndirilib
Xocalıda təmizlik qaydalarının təmin olunması istiqamətində tədbirlər görülüb
Qəbələdə ətraf mühiti çirkləndirənlər cəzalandırılıb
Polis Xocalıya gedən vətəndaşlara xəbərdarlıq edib - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər