Astarada avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosunun sorğusuna cavab olaraq bildirilib ki, oktyabrın 30-da saat 19 radələrində 1988-ci il təvəllüdlü Peyman Ruşanov idarə etdiyi "DAF" markalı yük avtomobili ilə Astara rayonunun Pensər kəndi ərazisində piyada 1980-ci il təvəllüdlü Nazim Baxşiyevi vurub.
Qəza nəticəsində piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
Onu da qeyd edək ki, fəhlə kimi çalışan N. Baxşiyev 6 uşaq atası olub. Onun həyat yoldaşı isə 3 il bundan əvvəl xəstəlikdən ölüb.
***
21:20
Astarada yol-nəqliyyat hadisəsi zamanı piyada ölüb.
APA-nın cənub bürosunun verdiyi məlumata görə hadisə axşam saatlarında rayonun Çayoba kəndi ərazisində baş verib.
Belə ki, hərəkətdə olan avtomobil piyada Nazim Zahir oğlu Baxşıyevi vurub. N. Baxşiyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Masallıda baş verən qəzada piyada ölüb
Astarada avtomobil piyadanı vuraraq öldürüb
Masallıda baş verən qəzada piyada ölüb - FOTO
Cəlilabadda yol qəzası baş verib, ölən var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
KİV: İran ABŞ-nin hərbi obyektlərini vurdu
-
“Zərbə endirəcəyik, qarşısını ala bilməyəcəklər” - Tramp
-
Şuşada "Etimadın bərpasında media diplomatiyası və media savadlılığının rolu" müzakirə edilib
-
"TuranBank" biznesin maliyyələşdirilməsi məqsədilə beynəlxalq fondlardan yerli valyutada vəsait cəlb edib
-
Tramp: ABŞ tezliklə İranın Natanzdakı nüvə obyektini bombalaya bilər
-
Bəndər-Abbasda dörd partlayış baş verdi
