Bakıda 24 yaşlı oğlanı güllələyərək qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
sizinxeber.az xəbər saytı

Bakıda 24 yaşlı oğlanı güllələyərək qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır


Bakının Nərimanov rayonunda 2000-ci il təvəllüdlü Tural Kosayevi güllələyərək qətlə yetirməkdə təqsirləndirilən 2003-cü il təvəllüdlü İsmayıl Allahverdiyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Hərbi prokurorunun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev bildirib.

Firad Əliyev
Firad Əliyev

Onun sözlərinə görə, Bakı hərbi prokurorluğunda istintaqı yekunlaşdırılan cinayət işi üzrə muvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Allahverdiyev İsmayıl İbrahim oğluna Cinayət Məcəlləsinin 120.2.4-cü (Ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 228.2.2-ci (Təkrarən qanunsuz olaraq odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını saxlama və gəzdirmə), 232.2.3-cü (öz qulluq mövqeyindən istifadə etməklə odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını talama) və digər maddələri ilə ittiham elan edilib və iş baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.

Oxşar xəbərlər

Bakıda ticarət mərkəzinin qarşısında gənci odlu silahla öldürən şəxsin məhkəməsi başlayır
Xocavəndin hərbi komissarı həbs edilib - RƏSMİ
Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
Əsgərimiz təlim zamanı odlu silahdan açılmış atəş nəticəsində öldü - RƏSMİ
Hərbi qulluqçunun ölümü ilə bağlı cinayət işi açılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər